(Rasım Qaraca (1
Rasim qaracanın əşyalar şerinə bir baxış

Rasım Qaraca(1)
Mahmud Məhdəvi
Kül qabı: bu səfər içinə kül tökmədim/ toxum qabığı atmadım/bu səfər/ qırılmış muncuq dənələrini/ toplayıb/ qoydum kül qabına/ qaranlıqda/ işıl – işıl muncuqlar.
Belə görüntüləri rasimin şerində gördükcə maraqlanıram. Rasım yumuşaqcasına külün yerini muncuqlarla dəyişdiyi zaman elə bil neçə il ki, çirkin saxta qaliblərin çopur üzünə rəngli-bəzəkli muncuqları səpib onları utandırır.
Bu şerdə gözəlliklə incəlik daşlandığına görə, dönələrlə oxucu onu oxuyub dilinin əzbərinə çevirir. Ha belə bir xırdaca kül qabıda muncuqlar işıldadıqca kədərli anlar bizi yırğalayıb, yeri gəlsə də ağlatmağa yönəldir.
Məncə külqabı, və şokolad şerlərində "işıl-işıl", "mışıl-mışıl" və "yam-yaşıl" kimi vəsflər, rasimin şerlərini köhnə qaliblərə yaxınladır. Misal olaraq, kilasik şairlər söz qıtlığına yetişəndə belə- belə kəlmələrə yapışırlar.halbukı rasim modern düşüncni mənimsəyən şairdir və şerlərinə gəldikdə belə bir vəsflər oxucunu o yenilikdən yayındırıb, zamanı keçmiş minlərcə yazılmış şerlərin sırasına aparıb çıxarır.


