1
تك ليييميز؛
آنتن اوستونده دورنالار
اوتاغا سيبري ياغير
سورمهلهيير قيروو
كيپريكلريميزي
1
Təkliyimiz anten ustundə durnalar
otağa sıbrı yağir
sürmələyir qirov
kipriklərimizi
2
داشينير شئه
پنجرهدن اوتاغا.
ساللانير تابلودان،
دسته دسته مريم،
دئييينير راديو
پالتارلاري تامسينير اشكاف.
چن ياتاغدا دورور.
كؤپوكلهنير آينادا دنيز
دايانيريق
آيري آيري شكيللرده
2
Daşınır şeh
Pəncərədən otağa
Sallanir tablodan
dəstə dəstə məryəm
deyinir radio
paltarları tamsınır işkaf
çən yatqda durur
köpüklənir aynada dəniz
dayanırıq
ayrı ayrı şəkillərdə
3
چورويور ديواردا قالان باخيشين.
ياتاغيم كؤلگهده،
من قبيرده اؤلورم!
3
Çürüyür divarda qalan baxışın
Yatağım kölgədə
Mən qəbirdə ölürəm!
4
اوزاقلاشير گونش
آخسايا ـ آخسايا
يئل قيها چكيب آتيلير داملارا
قالير خيابانين گؤزونده
سايسيز تكرلرين ايزي.
4
Uzaqlaşır günəş axsaya - axsaya
yel qıha çəkib atılır damlara
qalır xiyabanin gözündə
saysiz təkərlrin izi
5
گؤيدن آينا دوشور
- تيكه بولود ايچينده -
سوسوز قوملار بير به بير
داشينير او زاواردا قالان گؤله
5
Göydən ayna düşür
- tikə bulud içində -
susuz qumlar bir bə bir
daşınır o zavarda qalan gölə